Tələbələr Sarkisyanın baş nazir olmasına qarşı aksiya keçirirlər


Dünya 13 Apr 2018 12:56:16 297 0

Tələbələr Sarkisyanın baş nazir olmasına qarşı aksiya keçirirlər

Bu gün saat 18:30-dan etibarən etirazlar kütləvi xarakter alacaq

Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə aksiya iştirakçılarında biri məlumat verib.

Qeyd edək ki, aprelin 13-də yerli vaxtla saat 18:30-da Serj Sarqsyanın baş nazir olmasının qarşısının alınması məqsədilə Yerevanda bir sutka fasiləsiz mitinq keçiriləcək. İki gün əvvəl Ermənistan parlamentinin deputatı ölkə əhalisinə müracətində deyib: "11 gün əvvəl "Çıxış" fraksiyasının başçısı Nikol Paşinyan "Mənim addımım" yürüşünə başlayıb. Bu aksiyaya yüzlərlə tərəfdar və vətəndaş təşəbbüsünün iştirakçısı qoşulub. Yürüş Gümrüdən başlayıb. İştirakçılar 195 km uzunluğunda, 300 min addımlıq yolu qət edərək Respublika meydanınadək gələcəklər. Aprelin 13-də saat 18:30-da gecə-gündüz mitinqi başlayacaq. Mitinqin hədəfi parlamentin bütün çıxışlarını bağlamaq üçün kifayət qədər adam toplamaq və deputatların Serj Sarqsyanın baş nazir olması üçün səs verməsinin qarşısını almaqdır. Əgər Serj Sarqsyanın seçilməsi üçün parlamentin iclası iki dəfə pozularsa, onda parlament buraxılaraq yeni seçkilər təyin olunacaq". O, ölkə vətəndaşlarını mühacirətə, durğunluğa qarşı addım atmaq üçün "Azadlıq" meydanında keçiriləcək mitinqə qatılmağa çağırıb.