MLS klubu Balotelli, Tevez və Ernandeslə maraqlanır


İdman 13 Apr 2018 12:42:00 299 0

MLS klubu Balotelli, Tevez və Ernandeslə maraqlanır

MLS klubu DC United hücum xəttini gücləndirmək istəyir. Vaşinqton təmsilçisi artıq bir sıra tanınmış futbolçuların transferini nəzərdən keçirir. Goal.az xəbər verir ki, bunlar Mario Balotelli (Nice), Karlos Tevez (Boca Juniors) və Xavyer Ernandesdir (West Ham United). DC United-in sahibi "İnter"in formal prezidenti Erik Tohirdir. Bir müddət öncə indoneziyalı iş adamının bu klubdakı səhmlərini satmaq istədiyi barədə xəbərlər yayılmışdı.