Vətəndaşların 332 min 200 manatını mənimsəyən bank əməkdaşına hökm oxundu


Digərləri 13 Apr 2018 12:36:10 207 0

Vətəndaşların 332 min 200 manatını mənimsəyən bank əməkdaşına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" ASC-nin dələduzluqda təqsirləndirilən əməkdaşı Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" ASC-nin dələduzluqda təqsirləndirilən əməkdaşı Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N. Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.