Əxlaqsız və qatil ata: evləndiyi qızını və uşağı öldürdü,


Digərləri 13 Apr 2018 12:21:00 510 0

Əxlaqsız və qatil ata: evləndiyi qızını və uşağı öldürdü,

ABŞ-ın Konnektikut ştatında 20 yaşlı Keti Rouz Pladlın cəsədi aşkarlanıb.

Onun atası və əri, 43 yaşlı Stiven Pladl isə Nyu-Yorkda intihar edib.

Son.az CBS-ə istinadən bildirir ki, Stiven Pladl evləndiyi doğma qızını və qızından doğulan oğlanı öldürəndən sonra özünə qəsd edib.

Keti Rouz Padl doğulandan az sonra uşaq evinə verilmişdi. 18 yaşı tamam olandan sonra Keti sosial şəbəkələr vasitəsilə atası Stiveni və anası Elisi tapmışdı. 2016-cı ildə onlar görüşüblər, həmin görüşdən iki ay sonra isə Keti atası, anası və iki bacısı ilə birlikdə Virciniya ştatındakı evdə yaşamağa başlayıb.

Ötən il Stiven və Elis Padllar boşanıblar. Elisin dediyinə görə, qızının ərindən hamilə qaldığını öyrənəndə polisə müraciət edib. Bunu eşidən Stivenlə Keti evdən qaçıblar və Virciniyadan Şimali Karolinaya yollanıblar. Onlar Şimali Karolinada evlənmişdilər.

2017-ci ilin sentyabr ayında isə Ketinin oğlu dünyaya gəlmişdi.