Suyunu içdiyimiz, havasını udduğumuz Vətənin azadlığı


Digərləri 13 Apr 2018 11:35:00 240 0

Suyunu içdiyimiz, havasını udduğumuz Vətənin azadlığı

Bu il Azərbaycan Xalq Cumhiriyyətinin yaranmasından 100 il ötür. Bu, dünyada yaşayan bütün azərbaycanlılar üçün şərəfli tarixdir. Hər bir soydaşımız qürur duyur ki, müsəlman Şərqində azadlığını əldə edərək ilk demokratik cümhuryyət quran məhz ölkə onun Vətənidir - doğma Azərbaycan!

Sözsüz ki, bu azadlıq da asan əldə edilməyib. Tale elə gətirib ki, istər 1918-ci ildə, istərsə də XX əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini minlərlə soydaşımızın qanı bahası hesabına qazanıb. Bəlkə elə buna görə AZADLIQ, MÜSTƏQİLLİK bizə bu qədər şirin, doğmadır. Çünki həyatda çətinliklər hesabına qazanılan hər şey daha şirin, daha dəyərli olur. Xüsusən də, bu suyunu içdiyin, havasını udduğun, çörəyini yediyin Vətənin azadlığı ola.

Bu, mənim azadlığım, mənim tariximdir!

Bu, sənin azadlığın, sənin tarixindir!

Bu, əlli milyondan artıq hər bir azərbaycanlının azadlığı, qürurverici tarixidir!

Təəssüf ki, 1918-ci ilin təravətli baharında müstəqillik əldə edən Azərbaycan 23 aydan sonra 1920-ci ilin elə baharında da istiqlaliyyətini itirmiş oldu. Lakin bu qısa tarix kəsiyində Azərbaycan Xalq Cumhuriyyəti misilsiz nailiyyətlərə, İLKlərə imza atdı:

- AXC dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edildi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu.