"Abituriyent" jurnalının xüsusi buraxılışı çap edildi


Digərləri 13 Apr 2018 11:22:00 249 0

"Abituriyent" jurnalının xüsusi buraxılışı çap edildi

Vəsaitlərdə xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, onların hansı ali təhsil müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, reproduksiyalar, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar əksini tapmışdır. 

Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair materiallar istiqamətlərinə uyğun olaraq 5 kitabçada təqdim edilmişdir: 1. Təsviri sənət 2. Musiqi sənəti 3. Memarlıq və dizayn 4. Teatr, kino və xoreoqrafiya sənətləri 5. Bədən tərbiyəsi və idman

Vəsaitlərdə həmçinin ümumi (9 illik)  və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə proqramlar, qiymətləndirmə meyarları və tövsiyələr də verilmişdir.