Keçmiş FTB direktoru onu “mafioz”, “eqoist” və “ağlasığmaz yalançı” adlandırır


Dünya 13 Apr 2018 11:17:00 293 0

Keçmiş FTB direktoru onu “mafioz”, “eqoist” və “ağlasığmaz yalançı” adlandırır

ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi özünün yeni çapdan çıxan memuarlarında prezident Donald Trampın barəsində sərt ifadələr işlədib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Ceyms Komi Trampı "mafiozlarla" müqayisə edib. O, yazır ki, Tramp eqoistdir və başqalarından özünə "şəxsi sədaqət" tələb edir. Keçmiş FTB direktoru habelə Trampın "ağlasığmaz dərəcədə yalançı" olduğunu bildirir və onun öz ətrafında alternativ reallıq atmosferi yaratdığını bildirir.