Səfir: "Azərbaycan turizm sahəsində Misirlə əlaqələri inkişaf etdirmək niyyətindədir"


Digərləri 13 Apr 2018 11:07:39 138 0

Səfir: "Azərbaycan turizm sahəsində Misirlə əlaqələri inkişaf etdirmək niyyətindədir"

Tural Rzayev: "Azərbaycan bütün sahələrdə Misirlə əlaqələrin canlanmasına böyük maraq göstərir"

"Rəsmi Bakı Azərbaycan-Misir münasibətlərinin, o cümlədən turizm sahəsindəki əlaqələrin qarşılıqlı inkişafında maraqlıdır".

"Report" "Egypt Today"ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Misirdəki səfiri Tural Rzayev Misir Nümayəndələr Palatasının Baş katibi Əhməd Saaduddin ilə səfirlərin görüşündə deyib.

Diplomatın sözlərinə görə, Azərbaycan bütün sahələrdə Misirlə əlaqələrin intensivləşdirilməsinə böyük maraq göstərir.

Öz növbəsində, Nümayəndələr Palatasının Baş katibi Əhməd Saaduddin Misir bütün sahələrdə, o cümlədən parlament səviyyəsində qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə çalışdığını bildirib.