Qobustan stansiyasında yeni yoldəyişənlər quraşdırılır (FOTO)


Digərləri 13 Apr 2018 10:42:00 264 0

Qobustan stansiyasında yeni yoldəyişənlər quraşdırılır (FOTO)

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

Bakı. Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Azərbaycan Dəmir Yolları QSC-dən Trend-ə verilən məlumata görə, eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 143 yoldəyişən yenisi ilə əvəz olunub.