Heydər Əliyev Beynəlxalq Aeroportu bu il təxminən 900 min sərnişinə xidmət göstərib


Digərləri 13 Apr 2018 10:21:58 252 0

Heydər Əliyev Beynəlxalq Aeroportu bu il təxminən 900 min sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk üç ayı ərzində 897 min sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 15 faiz çoxdur.

"Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının payına 362 min sərnişin, milli loukoster "Buta Airways"in payına isə 104 min sərnişin düşmüşdür.

768 min sərnişin (sərnişin dövriyyəsinin 85,6 faizi) beynəlxalq reyslərlə daşınmışdır. 

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 52 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-mart ayları ərzində bu istiqamətlərə 597 min sərnişin uçmuşdur. 

Cari ilin mart ayından Əbu-Dabidən Bakıya müntəzəm reysləri BƏƏ-nin aparıcı aviaşirkətlərindən biri - "Etihad Airways" yerinə yetirməyə başlamışdır.