Bakıdan Rusiya sərhədinədək yeni yolun tikintisinə başlanılıb FOTO


Digərləri 13 Apr 2018 10:23:00 246 0

Bakıdan Rusiya sərhədinədək yeni yolun tikintisinə başlanılıb  FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikinti işlərinə başlanılıb.

AAYDA-dan Son.az-a verilən məlumata görə, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 97 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq layihələndiriləndirilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3,75m, ayırıcı zolağın eni 5 m, yol yatağının eni 27,5 m təşkil edəcək.

Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayırıcı zolaqda beton çəpərlərin, beton bardürlərın quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.

Əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.


Xəbərə aid fotolar