Sabirabad sakini bıçaqlandı


Kriminal 13 Apr 2018 10:18:00 224 0

Sabirabad sakini bıçaqlandı

Sabirabad sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, Sabirabad  rayonunun Yolçubəyli kənd sakini, 1997-ci il təvəllüdlü Eyvazov Müstəqil Varis oğlu Sabirabad xəstəxanasına daxil olub.

O, döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə əməliyyata götürülüb və daha sonra reanimasiya şöbəsinə yerləşdirilib.