FHN dəhşətli yanğınla bağlı açıqlama yaydı


Digərləri 13 Apr 2018 09:16:00 201 0

FHN dəhşətli yanğınla bağlı açıqlama yaydı

Fövqəladə Hallar Nazirliyi dünən Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.

Son.az xəbər verir ki, açıqlamada Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, hər mərtəbəsi 800 m² olan 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yanğın baş verdiyi bildirilir.

Həmin mərtəbədə quraşdırılmış taxta qəliblər 480 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.