Meksikada insanlarla üzən dünyanın ən böyük köpəkbalığı lentə alınıb - VİDEO


Dünya 13 Apr 2018 08:32:28 253 0

Meksikada insanlarla üzən dünyanın ən böyük köpəkbalığı lentə alınıb - VİDEO

Operator Tarsitsio Sanüdo Suares görüntüləri dronun köməkliyi ilə əldə edib

Meksikanın Cənubi Kaliforniya ştatı sahillərində turistlər insanlarla üzən dünyanın ən böyük köpəkbalığını lentə almağa müvəffəq olublar.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, videoyazının müəllifi olan 36 yaşlı operator Tarsitsio Sanüdo Suares görüntüləri dronun köməkliyi ilə qeydə alıb.

Kadrlarda köpəkbalığının yanında üzən 3 nəfər sezilir. Sonradan onlara daha bir nəfər qoşulur. Üzənlərdən biri hətta dəniz nəhənginin quyruğuna da toxunur.