Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb


Kriminal 13 Apr 2018 08:30:00 202 0

Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb

Hadisəni onun tanışı törədib

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, Gülçülük sovxozu küçəsində 1992-ci il təvəllüdlü Məmmədov Bəhruz İslam oğlu tanışı ilə mübahisə zəminində dava edib.

Nəticədə B.Məmmədovun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurulub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.