Kür cayı üzərində dəmir yolu körpüsü istifadəyə verilib


Digərləri 13 Apr 2018 08:38:21 255 0

Kür cayı üzərində dəmir yolu körpüsü istifadəyə verilib

Yevlax-Malay mənzilinin 253-cü kilometrindəki metal dəmir yolu körpüsü əsaslı təmirdən sonra istifadəyə verilib.

Bakı. Azərbaycan dəmir yollarında geniş xarakter alan əsaslı dəyişikliklər uğurla davam etdirilir. Dünya nəqliyyat sisteminə inteqrasiya olunma istiqamətində böyük yeniləşmələrə imza atan dəmiryolçular tamamilə yeniləşmiş bir sahəni formalaşdırmaq əzmindədirlər. Prezident İlham Əliyevin 31 iyul 2017-ci il tarxli Sərəncamına əsasən, Yevlax-Malay mənzilinin 253-cü kilometrində Kür cayı üzərində yerləşən metal dəmir yolu körpüsünün rekonsrtuksiyası işləri aparılıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, körpünün əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimi keçirilib. Mərasimdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov, sədrin müavini müavini Zaman Novruzov, Yevlax şəhər İcra Hakmiyyətinin başçısı Qoca Səmədov və digər rəsmi şəxslər iştirak ediblər.