Azərbaycan şirkətlərinin İran ərazisində dəmir yolu sahəsinin tikintisində iştirak şərtləri açıqlanıb


Digərləri 13 Apr 2018 08:12:00 224 0

Azərbaycan şirkətlərinin İran ərazisində dəmir yolu sahəsinin tikintisində iştirak şərtləri açıqlanıb

Azərbaycan şirkətlərinin İran ərazisində Astara-Rəşt dəmir yolu sahəsinin tikintisi layihəsində iştirakı 50 faizə yaxın olacaq.

Bakı. İlkin Şəfiyev - Azərbaycan şirkətlərinin İran ərazisində Astara-Rəşt dəmir yolu sahəsinin tikintisi layihəsində iştirakı 50 faizə yaxın olacaq. Bunu Trend-ə Azərbaycan İqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib. O qeyd edib ki, bu sahə "Şimal-Cənub" nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq: "Azərbaycanla İran arasında imzalanmış kredit sazişinin şərtlərinə əsasən Azərbaycan şirkətləri bütün işlərin 49 faizini icra edəcək".