"Bank Respublika"nın səhmdarlarının yığıncağı keçiriləcək


İqtisadiyyat 13 Apr 2018 07:35:06 287 0

"Bank Respublika"nın səhmdarlarının yığıncağı keçiriləcək

Yığıncağın gündəliyinə ötən il üçün illik maliyyə hesabatının və kənar audit yoxlamasının nəticələrinin təsdiq edilməsi məsələləri daxildir

Mayın 29-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanındakı baş ofisində olacaq.

Yığıncağın gündəliyinə 2017-ci il üçün illik maliyyə hesabatının və kənar audit yoxlamasının nəticələrinin təsdiq edilməsi məsələləri daxildir.