Kiyevdə şirkət binası qumbaraatandan atəşə tutulub


Dünya 13 Apr 2018 06:32:07 272 0

Kiyevdə şirkət binası qumbaraatandan atəşə tutulub

Cihazın mənşəyini müəyyən etmək mümkün olmayıb

Ukraynanın paytaxtı Kiyevdə "Kiyevqorstroy" tikinti şirkətinin binası tankəleyhinə əl qumbaraatanından atəşə tutulub.

“Report” "Qromadske" telekanalına istinadən xəbər verir ki, naməlum şəxslər şirkətin satış şöbəsini hədəfə alıblar.

Bildirilir ki, binanın qarşı tərəfindən qumbaraatanın tubusu tapılıb. Onun üzərindəki seriya nömrəsi silindiyindən cihazın mənşəyini müəyyən etmək mümkün olmayıb.