Bu yerlərdə yaşayan qadınlar uzunömürlü olurlar


Digərləri 13 Apr 2018 06:30:00 254 0

Bu yerlərdə yaşayan qadınlar uzunömürlü olurlar

"Environmental Health Perspectives"in apardığı araşdırmalara görə, yaşıllıq ətrafında yaşayan qadınlar daha uzunömürlü olurlar.

Son.az axşam.az-a istinadən bildirir ki, Harvard Universitetinin 2000-ci ildən apardığı araşdırmada 108 min 630 nəfər qadın iştirak edib. Evlərinə yaxın ərazidəki yaşıllığın qalınlığı ölçülərək qadınların yaşamaq müddəti diqqətə alınıb. Yaşıllıq çevrəsində yaşayan qadınlarda ölüm riski bu imkandan məhrum olanlardan 12% azdır. Həmin qadınlarda tənəffüs yolları xəstəlikləri 34%, xərçəng isə 3% azlıq təşkil edir.