Puerto-Rikoda ağacın aşması nəticəsində 1 milyona yaxın insan işıqsız qalıb


Dünya 13 Apr 2018 05:58:50 271 0

Puerto-Rikoda ağacın aşması nəticəsində 1 milyona yaxın insan işıqsız qalıb

Beynəlxalq hava limanı və metronun işində problem yaranıb

Puerto-Rikonun şərq hissəsində yerləşən iki şəhərdə təqribən 1 milyona yaxın insan işıqsız qalıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, buna ağacın aşması səbəb olub.

"Kayey şəhərində elektrik şəbəkəsinin üzərinə aşan bu ağac Puerto-Rikonun şərq hissəsində yerləşən iki şəhərin - Manatidən Yabukoaya qədər enerji təchizatında problem yaradıb", - deyə AEE enerji şirkətinin nümayəndələri bildiriblər.

İlkin məlumatlara görə, təqribən 840 min nəfər işıqsız qalıb.

Bundan əlavə, beynəlxalq hava limanı və metronun işində problem yaranıb.