Paytaxtda kişi və qadını maşın vurub, biri ölüb, digəri yaralanıb - FOTO


Sosial 13 Apr 2018 04:58:07 309 0

Paytaxtda kişi və qadını maşın vurub, biri ölüb, digəri yaralanıb - FOTO

Hadisə "Arzu" şadlıq evinin qarşısında baş verib

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, Əkbərov Zaur Arif oğlu"Arzu" şadlıq evinin qarşısında idarə etdiyi "10-KH-837" dövlət qeydiyyat nişanllı "VAZ-2107" markalı avtomobillə yolu keçən orta yaşlı qadın və yaşlı kişini vurub.

Naməlum qadın hadisə yerində dünyasını dəyişib. Onun meyiti morqa təhvil verilib.

Yaralı 1975-ci il təvəllüdlü Osmanov Zaur İlyas oğlu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Sürücü Z.Əkbərov Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Foto: Ruslan Məmmədov