Azərbaycan neftinin qiyməti 3,5 ildən sonra 74 dolları ötdü


Digərləri 13 Apr 2018 00:07:00 299 0

Azərbaycan neftinin qiyməti 3,5 ildən sonra 74 dolları ötdü

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 74,48 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,9 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan neftinin qiyməti sonuncu dəfə 2014-cü il noyabrın 28-də 74 dollar/bareli ötmüşdü. Belə ki, həmin vaxt "Azeri Light"ın bir bareli 74,52 dollar olub.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 73,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.