Kafelərdə verilən “dəvə qutabı” əslində hansı ətdən hazırlanır? VİDEO


Digərləri 12 Apr 2018 23:54:00 335 0

Kafelərdə verilən “dəvə qutabı” əslində hansı ətdən hazırlanır?  VİDEO

Dəvə qutabı adı ilə satılan qutabların əsl tərkibi bir çoxlarını maraqlandırır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, mal ətinin üzərinə şəkər tozu əlavə edilir, sonra həmin ətdən qutab hazırlanaraq "dəvə qutabı'" adı ilə vətəndaşlara satılır.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Azərbaycana xarici ölkələrdən diri dəvə və ya dəvə əti gətirilmir. Nazirliyin tərkibində olan Abşeron Kənd Təsərrüfatı Müəssisəsində dəvələr yetişdirilir. Lakin müəssisənin direktoru Rəhman Gülməmmədov deyir ki, burdakı dəvələr satılmır və yetişdirilməsində məqsəd genefondu qorumaqdır.

Dəvə qutabının satışı ilə məşğul şəxslər isə iddialarla razılaşmayaraq bildirir ki, hazırlanan qutab sırf dəvə ətindəndir və alıcılara 1 ədədi 1 manata təklif olunur. Onların sözlərinə görə, dəvə ətini müxtəlif şəxslərdən bir kiloqramını 16 manata alırlar.


Xəbərə aid video