Azərbaycan neftinin qiyməti 3,5 ildən sonra 74 dolları ötdü


Digərləri 12 Apr 2018 23:59:00 261 0

Azərbaycan neftinin qiyməti 3,5 ildən sonra 74 dolları ötdü

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 74,48 dollar/barel təşkil edib.

Bakı. Maksim Tsurkov – CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 74,48 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,9 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. Azərbaycan neftinin qiyməti sonuncu dəfə 2014-cü il noyabrın 28-də 74 dollar/bareli ötmüşdü. Belə ki, həmin vaxt “Azeri Light”ın bir bareli 74,52 dollar olub. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 73,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.