ABŞ Türkiyəyə Rusiya "S400"nə alternativ təklif edib


Dünya 12 Apr 2018 23:48:00 287 0

ABŞ Türkiyəyə Rusiya "S400"nə alternativ təklif edib

Pentaqon Ankaranın qərarını dəstəkləmədiyini etiraf edib

Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettis Türkiyə ilə Ankaranın Rusiya "S-400" kompleksləri almasına dair danışıqların detallarına aydınlıq gətirib.

Son.az "Report"a istinadən bildirir ki, Pentaqon rəhbəri ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə bildirib ki, Vaşinqton Rusiya silahlarına alternativ təklif etmək niyyətindədir.

"Biz Türkiyə ilə bu barədə, o cümlədən NATO (standartlarına) uyğun sistemlər əldə etmək imkanı verəcək hərbi texnikanı satın alma variantları vermək imkanlarına dair danışıqlar aparırıq", - deyə Mettis bildirib.