Xanımların kişilərdən gözlədiyi davranış


Digərləri 12 Apr 2018 23:10:00 247 0

Xanımların kişilərdən gözlədiyi davranış

Hisslər xanımlar üçün geniş bir məna kəsb edir. Xanım öz həyat yoldaşına etimad etmək istəyir. Əmin olmaq istəyir ki, onu qoruya və onun üçün əmin bir məkan hazır edə biləcəkdir.

Xanım istəyir ki, sevdiyi insan hər bir şəraitdə, çətin və böhranlı anlarda belə, onu müdafiə və himayə etsin.

Son.az deyerler.org-a istinadən bildirir ki, xanımların nəzərinə görə, kişi öz ayaqlarının üzərində dayanmağı bacarmalıdır. Maddi vəziyyəti normal olmalıdır və himayə göstərmək baxımından kifayət qədər gücə malik olmalıdır. Əgər xanım bilsə ki, həyat yoldaşı ona həqiqi məhəbbət bəsləyir - bu zaman dünyanın heç bir neməti gözündə dəyər əldə etməz.

Xanım istəyir ki, həyat yoldaşı:

1. Qulaq asmağı bacaran olsun. O zaman ki, kişi xanımının sözlərinə səbirlə qulaq asar - bu, bir növ sübut olar ki, həm sevir, həm də hörmət edir. Adətən xanımlar kişilərdən daha çox danışarlar. Onlar bu danışıqları ilə aralarında olan rabitəni əslində möhkəmləndirmək istəyərlər.