Valideynlərinin ölümündən 4 il sonra dünyaya gəldi


Digərləri 12 Apr 2018 23:03:00 269 0

Valideynlərinin ölümündən 4 il sonra dünyaya gəldi

9 ay sonra sağlam şəkildə dünyaya gələn Tiantian adlı uşaq dünyaya gəlir

Çində ər və arvad 4 il əvvəl yol qəzasında ölüblər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, qəzadan öncə uşaq sahibi olmaq istəyən cütlük uşaq dünyaya gətirmək üçün müalicə zamanı embrionlarını dondurmaq qərarına gəliblər.

Amma cütlük müalicəni sonlandıra bilmədən ölüblər. Cütlüyün ana və ataları isə övladlarının embrionlarını qorumaq qərarına gəliblər.

Əvvəlcə uşaqlarının xatirəsini yaşatmaq üçün surroqat ana axtarıblar. İki ailə surroqat ana olmaq istəyib. Öncə DNT testi edilib və məhkəmə qərarı ilə embrionları alan ailələr Laosa getməli olub.