Dini mənbələrdəki uzun xütbələri necə qeydə alıb yazıblar?


Digərləri 12 Apr 2018 22:45:00 295 0

Dini mənbələrdəki uzun xütbələri necə qeydə alıb yazıblar?

Bəzi dini mənbələrdə rast gəlinən uzun xütbələri necə qeydə alıb yazmışlar? Onların səhihliyinə necə inanaq?

Bu məsələ VII əsrdə Ərəbistan yarımadasındakı mədəni-ictimai vəziyyətlə bağlıdır. Belə ki, o zamankı ərəblərin spesifik xüsusiyyətlərindən biri çox güclü yaddaşa malik olmalarıdır. Ərəblərin arasında ədəbiyyat, şeir, nitq və bəlağət güclü inkişaf etmişdi. Bir şairin uzun qəsidəsini bir dəfə eşitməklə yadda saxlamaq o zaman üçün fövqəladə hal sayılmırdı və hər qəbilədə bu bacarığa sahib olan onlarla şəxs var idi. Elə insanlar var idi ki, hər biri minlərlə beytdən ibarət olan bir neçə şeir divanını əzbər bilirdi.