Din üçün ixlas və Allah üçün ixlas –


Digərləri 12 Apr 2018 22:20:00 300 0

Din üçün ixlas və Allah üçün ixlas –

Əzab qorxusundan Allaha ibadət etmək zahidliyiə gətirib çıxardar. Yəni, axirətdə nicat tapmaq üçün dünya ləzzətlərinə göz yumursan. Ona görə də zahidin işi odur ki, haramlardan uzaq olsun.

O kəsin ki, behiştə tamahı vardır - bu tamahı onu ibadət etməyə və saleh əməllər görməyə vadar edər ki, axirət nemətlərinə çata bilsin. Ona görə də deyə bilərik ki, abidin işi budur ki, ibadət etsin və vacibatları yerinə yetirsin.

Son.az deyerler.org-a istinadən bildirir ki, xülasə, qorxu zahidi vadar edər ki, günahı tərk etsin. Tamah abidi vadar edər ki, ibadət edib, saleh əməllər yerinə yetirsin. Bu iki yol insanı din üçün ixlaslı olmağa vadar edər, amma hələ ki, Allah üçün deyil.

Çünki həqiqi ixlasın yolu - sevgi və məhəbbətdən keçir. O işi düşmən bilmək ki, Allah düşmən bilir. Allahın razı olduğuna razı olmaq və qəzəbləndiyinə qəzəblənmək.

Onun qəlbi ancaq Allaha diqqət edər. Övladı, mal-dövləti onun nəzərində olmaz. Qəlbi tamamilə Allaha məxsusdur.

Ona görə də bu insan o işləri sevir ki, Allah sevir. Bu məhəbbət bir nura çevrilir ki, əməl yolunu onun üçün aydın edir. "Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?!". ("Ənam" 122).

Dünyadakı bütün varlıqlar və baş verən bütün hadisələr onun gözündə gözəldir. Çünki bütün bunlarda Allah rəhmətinin nişanələrini görər. Bu insan dünya qəmi çəkməz. Elə bir mənəvi ləzzətə qərq olubdur ki, orada qorxuya yer yoxdur. "Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar. O kəslər ki, iman gətirib həmişə (günahlardan) çəkinirdilər". ("Yunus" 62-63).