Barselonada sürücü yük maşınını insanların üzərinə sürüb, 7 yaralı var


Dünya 12 Apr 2018 21:55:56 275 0

Barselonada sürücü yük maşınını insanların üzərinə sürüb, 7 yaralı var

İlkin məlumata görə, maşının əyləc sistemi işləməyib

İspaniyanın Barselona şəhərinin mərkəzində sürücü bilmədən yük maşınını insanların üzərinə sürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

İnsanları vuran yük maşını sonda ağaca çırpılaraq dayanıb. Nəticədə 7 nəfər yüngül xəsarət alıb. Onların arasında sürücünün özü də var.

İlkin məlumata görə, maşının əyləc sistemi işləməyib.