Körpələri telefon və televizordan uzaq tutun


Digərləri 12 Apr 2018 21:55:00 319 0

Körpələri telefon və televizordan uzaq tutun

Artıq Avropa və Amerikada aparılan tədqiqatlar müasir uşaqlarda ildən-ilə artan Virtual Autizm sindromunun səbəbinin planşetlər, televizor və telefon olduğunu təsdiqləyir. Rusiyanın məşhur pediatrı Komarovskiy öz bloqunda valideynlərə çağırış edib. " 2 yaşına kimi uşaqları jadjetlərdən, telefon və planşetdən uzaq tutun".

3-6 yaşlı uşaqların isə virtual reallıqda olma müddəti gündə 1-2 saatdan artıq olmamalıdır. Yalnız 6 yaşından sonra uşaqlara elektron cihazlarda proqramlara baxmaq icazə verilə bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, Rumıniya Autist uşaqlar Mərkəzi apardıqları araşdırmalarla sübut edib ki,  90% uşaqlarda 2-3 yaşında autistik pozğunluqların baş verməsi faktoru işə düşür. Gündə 4-5 saat televizor və planşetə baxan uşaqlarda virtual autizm inkişaf edir.

0-2 yaş arası körpələrin elektron gadjetlərə baxçası onların beyninə və psixikasına dağıdıcı təsir göstərir.  Psixoloq Marius Zamfir öz araşdırması barədə danışarkən bunları qeyd edib: