Britaniya İŞİDə qarşı kibermüharibə elan edib


Dünya 12 Apr 2018 21:48:00 215 0

Britaniya İŞİDə qarşı kibermüharibə elan edib

Böyük Britaniya xüsusi xidmət orqanları İŞİD terrorçu qruplaşmasına qarşı irimiqyaslı kiberhücum kampaniyasına başlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki,bu barədə "GCHQ" kəşfiyyat agentliyinin direktoru Cemeri Fleminq açıqlama verib.

Fleminqin sözlərinə görə, virtual əməliyyatlar nəticəsində artıq qruplaşmanın terror hücumlarını əlaqələndirmək imkanlarına və təşkilatın virtual təbliğat "maşınına"  ağır zərbə vurulub.