Ağvalideynlik edən varlı oğula dəhşətli cəza


Digərləri 12 Apr 2018 21:20:00 293 0

Ağvalideynlik edən varlı oğula dəhşətli cəza

Əmirəl-möminin Həzrət Əli (ə) nəql edir: "Ağlayan qoca kişi oğlunun əlindən tutub Mədinəyə Peyğəmbərin (s) xidmətinə gəlir.

Həzrətə (s) deyir: "Ey Allahın Rəsulu! Bu, mənim oğlumdur ki, kiçikliyindən onu yedizdirmişəm, izzət və ehtiramla böyütmüşəm. Bütün istəklərini yerinə yetirmişəm. Mal və sərvətimlə ona yardım etmişəm o zamana qədər ki, zəngin və qüdrətli olubdur. Mən onu yetişdirmək yolunda canımı və malımı qoymuşam. İndi isə qocalmış və zəifləmişəm. Bu qədər zəhmətimin qarşılığında bu oğlum mənə heç bir maddi yardım etmir".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) üzünü cavana tutub, buyurur: "Nə deyirsən?".

Cavan: "Mənim xərclərimi ödəmək və ailəmi saxlamaqdan artıq pulum yoxdur ki, ona yardım edəm".

Həzrət (s) üzünü qocaya çevirib buyurur: "Sən nə deyirsən?".

Qoca: "Yalan deyir. Buğda, arpa, xurma, kişmiş anbarları, qızıl və gümüşlə dolu pulları vardır".

Həzrət (s) cavana buyurur: "Cavabın nədir?".

Cavan: "Onun iddia etdiyi heç bir şey mənim deyildir".

Həzrət (s) buyurur: "Allahdan qorx, ey cavan! Mehriban atana ki, sənə bu qədər yaxşılıq və ehsan etmişdir, yaxşılıq və ehsan et ki, Allah da sənə ehsan etsin".