Azərbaycan mediası seçkilərdə üzərinə düşən vəzifəni


Siyasət 12 Apr 2018 21:05:00 242 0

Azərbaycan mediası seçkilərdə üzərinə düşən vəzifəni

Azərbaycan mediası aprelin 11-də keçirilmiş prezident seçkilərində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar şəkildə işıqlandırıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov prezident seçkilərində medianın iştirakı ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, telekanallarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında təbliğat xarakterli 1051 material yayımlanıb.

Əflatun Amaşov, prezidentliyi namizədliyi qeydə alınan şəxslərlə bağlı kütləvi informasiya vasitələrində bir neçə mənfi materialın yayımlandığını da bildirib. O, ən çox qanun pozuntusunun sosial şəbəkələrdə olduğunu qeyd edib.

Şura sədri KİV-lərin prezident seçkisini işıqlandırarkən Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, KİV haqqında qanun, jurnalistlərin peşə etikası kodeksindən irəli gələn tələblərə riayət etdiyini deyib.

Əflatun Amaşov səsvermə zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının "qaynar xətt"inə gün boyu 1 müraciətin daxil olduğunu və porblemin tez bir zamanda aradan qaldırıldığını deyib.

Videonu izləmək üçün şəklə klikləyin: