Kür və Araz çaylarında biogen maddələrin miqdarı çoxalıb VİDEO


Digərləri 12 Apr 2018 21:08:00 279 0

Kür və Araz çaylarında biogen maddələrin miqdarı çoxalıb  VİDEO

Kür və Araz çaylarında biogen maddələrin miqdarı normadan dəfələrlə çoxdur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayında növbəti monitorinq həyata keçirib. Monitorinqin nəticələrinə əsasən, Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazovanın sözlərinə görə, biogen maddələrin bu qədər çox olmasına səbəb Gürcüstan və Ermənistan ərazilərindən məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən birbaşa su obyektlərinə axıdılmasıdır. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini keçib. Bu maddələr Araz çayı üzrə isə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə yol verilən qatılıq həddindən çox olub.