Şəmkirdə mənzillərə qənim kəsilən şəxs yaxalandı VİDEO


Digərləri 12 Apr 2018 21:09:00 322 0

Şəmkirdə mənzillərə qənim kəsilən şəxs yaxalandı  VİDEO

Şəmkirdə mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Şəmkir rayon sakini Elçin Əmiraslanov Polis Şöbəsinə müraciət edərək ona məxsus mənzildən 4 min manat pulun oğurlandığını bildirib. Aparılan əməliyyat istintaq tədbirləri nəticəsində həmin şəxsin əvvəllər oğurluq və qəsdən adam öldürməyə görə 10 il məhkumluq həyatı yaşamış Ülvi İsmayılov olduğu müəyyən edilib. Həmçinin, saxlanılan şəxsin bu ilin 7 aprel tarixində rayonun Posanlı yaşayış massivində İdris İmanovun mənzilinə daxil olaraq oradan 400 manat dəyərində rəngli televizor və 1000 manat pul oğurladığı məlum olub. Faktla bağlı araşdırma aparılır.