XİN: Rusiya Azərbaycanla münasibətləri müxtəlif istiqamətlərdə inkişaf etdirməyə davam edəcək


Siyasət 12 Apr 2018 20:00:00 243 0

XİN: Rusiya Azərbaycanla münasibətləri müxtəlif istiqamətlərdə inkişaf etdirməyə davam edəcək

Rusiya Azərbaycanla münasibətləri müxtəlif istiqamətlərdə inkişaf etdirməyə davam edəcək.

Son.az bildirir ki, bunu brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Trend-in sualına cavab verərkən deyib.

XİN rəsmisi bildirib: "Təbii ki, biz hər iki ölkə xalqlarının müxtəlif sahə və istiqamətlərdə maraqlarının həyata keçməsinə istiqamətlənmiş münasibətləri qarşılıqlı faydalı və qarşılıqlı hörmət şəklində davam edirəcəyik",

M.Zaxarova qeyd edib ki, Azərbaycan və Rusiya arasında münasibətlərin böyük perspektivləri var.