Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb - FOTO


Sosial 12 Apr 2018 18:50:44 316 0

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb - FOTO

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub

Bakı şəhərində yeni tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəqeydə alınıb.

Yanğın binanın yuxarı mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikasıcəlb olunub.