Yasamalda iki ev yanıb


Digərləri 12 Apr 2018 19:00:00 212 0

Yasamalda iki ev yanıb

Bakının Yasamal rayonunda yanğın olub.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 30 kv.m sahədə, yaxınlıqdakı ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb. Yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 16 kv.m sahədə əriyib.

Hər iki evin qalan hissəsi və yaxınlıqda olan evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.