Zaxarova: Bəzi siyasi qüvvələr Azərbaycanda hələ prezident seçkilərindən əvvəl mənfi şəkildə köklənmişdi


Siyasət 12 Apr 2018 18:55:00 253 0

Zaxarova: Bəzi siyasi qüvvələr Azərbaycanda hələ prezident seçkilərindən əvvəl mənfi şəkildə köklənmişdi

Bəzi siyasi qüvvələrin Azərbaycanda prezident seçkilərinin mənfi qəbul olunmasına köklənməsi hələ seçkilərin keçirilməsindən qabaq aşkar idi.

Son.az Trend-ə istinadən bildirir ki, bunu brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova qeyd edib: "Azərbaycanda seçkilərdə çoxlu sayda müşahidəçi iştirak edib. Bu həm ayrı-ayrı ölkələrdən, həm də beynəlxalq təşkilatlardan olan müşahidəçilər idi. Biz bu cür münasibəti həm də bəzi qərb qeyri-hökumət təşkilatlarından və qərb ölkələrinin rəsmilərindən görürük. Bu ölkələr və təşkilatlar əvvəlcədən hazırlanmış yanaşma nümayiş etdirdi".