"Roma"nın prezidenti fontana tullandığına görə cərimələnib


İdman 12 Apr 2018 18:52:00 234 0

"Roma"nın prezidenti fontana tullandığına görə cərimələnib

"Roma"nın prezidenti Ceyms Palotta komandanın Çempionlar Liqasında "Barcelona"nı mübarizədən kənarlaşdırmasından sonra maraqlı qələbə sevinci ilə diqqət çəkmişdi. O, emoisyalarını fontana tullanmaqla qeyd etmişdi. Goal.az xəbər verir ki, bu hərəkətinə görə Palotta 450 min cərimə ödəməli olacaq. O, fontanın təmiri üçün 230 min avro ayırmaq qərarına gəlsə və şəhər merindən üzr istəsə də, cəzadan yaxa qurtara bilməyib.

"Romada əla gecə idi. İndi fontanı təmir etdirmək istəyən yoxdursa, ora baş vurmağı məsləhət görmürəm" - italiyalı funksioner demişdi.