İtaliyalı müşahidəçilər: Azərbaycanda prezident seçkilərində KİV-lərin işi üçün bütün şərait yaradılmışdı (FOTO)


Digərləri 12 Apr 2018 18:57:00 269 0

İtaliyalı müşahidəçilər: Azərbaycanda prezident seçkilərində KİV-lərin işi üçün bütün şərait yaradılmışdı (FOTO)

Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə təəssürat müsbətdir

Bakı. Vüqar İmanov - Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə təəssürat müsbətdir. Trend-in məlumatına görə, bunu mətbuat konfransında İtaliya parlamentinin üzvü Luici Nevolla deyib. L.Nevollanın sözlərinə görə, seçkilər beynəlxalq hüquq və qanunlara uyğun keçirilib və heç bir pozuntu qeydə alınmayıb: "Seçkilər nizam-intizamla keçirildi, KİV-lərin işi üçün bütün şərait yaradılmışdı, heç bir maneə törədilmirdi". Öz növbəsində digər italiyalı deputat Antonio Ratsi də qeyd edib ki, prezident seçkiləri şəffaf keçib, təşkilatçılıq isə yüksək səviyyədə olub: "Bu seçkilər Azərbaycan üçün böyük əhəmiyyət kəsb edib. Bu ölkəyə ən səmimi arzularımı ifadə edirəm". Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb. Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib. Azərbaycanda Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin