Azərbaycanlı gimnast: Mənim məqsədim Olimpiya çempionu olmaqdır


Digərləri 12 Apr 2018 18:28:00 236 0

Azərbaycanlı gimnast: Mənim məqsədim Olimpiya çempionu olmaqdır

Əsas odur ki, mən məşqçinin tapşırıqlarını yerinə yetirdim

Bakı. Cani Babayeva - Əsas odur ki, mən məşqçinin tapşırıqlarını yerinə yetirdim. Bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında çıxşından sonra Azərbaycan gimnastı Selcan Maqsudova deyib. S.Maqsudova bildirib ki, finala düşmək üçün əlindən gələni edəcək. Gimnast onu da vurğulayıb ki, bundan sonra səmərəli işləmək niyyətindədir: "Mənim məqsədim Avropa və dünya çempionu olmaq və əlbəttə ki, Olimpiya Oyunlarında qalib gəlməkdir". Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının birinci günü start götürüb. Yarışların birinci günündə gənclər arasında batut, eləcə də böyüklər arasında ikili mini-batut və tamblinq üzrə yarışlar keçirilir. Azərbaycanı birinci gün yarışlarda Selcan Maqsudova, Riyad Abbasov və Mixail Malkin təmsil edir. Milli Gimnastika Arenasında baş tutacaq sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkənin iştirakı və hər 3 növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı gözlənilir.