Beynəlxalq təşkilat Skripal olayı ilə bağlı Britaniyanın mövqeyini təsdiqlədi


Dünya 12 Apr 2018 18:18:00 232 0

Beynəlxalq təşkilat Skripal olayı ilə bağlı Britaniyanın mövqeyini təsdiqlədi

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının ekspertləri tərəfindən Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Böyük Britaniyada zəhərlənməsi üzrə aparılan təhqiqatın nəticələri açıqlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, beynəlxalq mütəxəssislər hadisədə istifadə olunan kimyəvi maddənin Rusiya mənşəli "Noviçok" əsəb-iflic qazı olduğunu yekdilliklə təsdiqləyiblər.  

Təşkilatın rəyi bir gün əvvəl Britaniya hökumətinə təqdim olunub, eləcə də üzv ölkələrə, o cümlədən Rusiyaya göndərilib.