Mixail Malkin: Doğma arenada çıxış etmək həmişə çox məsuliyyətlidir


Digərləri 12 Apr 2018 18:14:00 210 0

Mixail Malkin: Doğma arenada çıxış etmək həmişə çox məsuliyyətlidir

Doğma arenada çıxış etmək həmişə çox məsuliyyətlidir.

Bakı. Ənvər Məmmədov - Doğma arenada çıxış etmək həmişə çox məsuliyyətlidir. Bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında tamblinq yarışlarında təsnifat çıxışından sonra Azərbaycan gimnastı Mixail Malkin deyib. M.Malkin təsnifatdakı çıxışından razı qaldığını bildirib: "Əlbəttə, dördüncü yeri tutdum. Amma ötən il də Bakıda Dünya Kuboku mərhələsində dördüncü yeri tutdum, yekunda isə gümüş medal qazandım. Bu dəfə qızıl medal qazanmağa çalışacağam". M.Malkin əsas rəqibləri sırasında Rusiya, Danimarka və Böyük Britaniya gimnastlarının olduğunu deyib. Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının birinci günü start götürüb. Yarışların birinci günündə gənclər arasında batut, eləcə də böyüklər arasında ikili mini-batut və tamblinq üzrə yarışlar keçirilir.