Andres İniesta Çinə yollanır


İdman 12 Apr 2018 17:46:00 290 0

Andres İniesta Çinə yollanır

"Barcelona"nın yarımmüdafiəçisi Andres İniesta mövsümün sonunda klubunu dəyişəcək. Bu barədə "Catalunya Radio" məlumat yayıb. Goal.az xəbər verir ki, təcrübəli futbolçunun Çinə yollanmaq fikri var. "Tianjin Quanjan" klubu ona 3 illik müqavilə və 37 milyon avroluq məvacib təklif edir. Bəzi mənbələr İniestanın "Tianjin"lə ilkin razılıq əldə etdiyini yazır. Bu klub mövsüm boyu ispaniyalı havbekə maraq göstərirdi. 33 yaşlı futbolçu ötən il "Barcelona" ilə ömürlük müqavilə imzalamışdı.