Nursultan Nazarbayev: Prezident seçkilərindəki qələbə sübut edir ki, Azərbaycan xalqı İlham Əliyevin siyasətinə yüksək dəstək verir


Siyasət 12 Apr 2018 17:12:00 290 0

Nursultan Nazarbayev: Prezident seçkilərindəki qələbə sübut edir ki, Azərbaycan xalqı İlham Əliyevin siyasətinə yüksək dəstək verir

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: 

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Qazaxıstan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Ötən seçkilərdəki qələbəniz sübut edir ki, Azərbaycan xalqı Sizin həyata keçirdiyiniz, vətəndaşların rifahının yüksəldilməsinə və ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətinizə yüksək dəstək verir.

Bu ali dövləti vəzifədə qardaş Azərbaycanın daha da firavanlaşması və nəzərdə tutduğunuz bütün planların səmərəli surətdə yerinə yetirilməsi yolunda Sizə yeni uğurlar arzu edirəm.

Qazaxıstan ilə Azərbaycan arasında sarsılmaz dostluğa və etimada əsaslanan münasibətlərin möhkəmlənməsinə Sizin böyük töhfənizi də qeyd etmək istəyirəm.

Əminəm ki, ölkələrimiz arasında yaranmış strateji əməkdaşlıq xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji və bütün təşəbbüslərinizdə uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.