Azərbaycanla İran elektrik enerjisi alqısatqısı edəcək


Digərləri 12 Apr 2018 16:41:00 243 0

Azərbaycanla İran elektrik enerjisi alqısatqısı edəcək

Azərbaycan energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub.

Energetika Nazirliyindən Son.az-a verilən məlumata görə, İranın Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran- Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi, və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib.

"Azərenerji" ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti "TAVANİR" arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev və "TAVANİR" şirkətinin idarə heyətinin sədri A.Kordi imzalayıb. Müqaviləyə əsasən cari ilin iyun ayından etibarən təcrid olunmuş (ada rejimində) Muğan və Astara bölgələri üçün "Azərenerji" ASC-dən 180 MVt həcmində elektrik enerjisinin idxalı prosesinə başlanacaq.