Türkiyə təyyarələrinə hücum etmək istəyən qırıcı qəzaya uğradı


Dünya 12 Apr 2018 16:36:00 272 0

Türkiyə təyyarələrinə hücum etmək istəyən qırıcı qəzaya uğradı

Egey dənizində yerləşən İskiri adasının yaxınlığında Yunanıstanın döyüş təyyarəsi qəzaya uğrayıb.

Bu haqda Yunanıstan Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.

Məlumata görə, "Mirage 2000-5" tipli təyyarə İskiri adasının 9 dəniz mili şimali-şərqində yerli vaxtla saat 12:15-də itib. Pilotun taleyi haqqında məlumat yoxdur, axtarış-xilasetmə işləri davam etdirilir.

Təyyarənin qəzaya uğramasının səbəbi hələ məlum deyil.

Türkiyə Silahlı Qüvvələri isə təyyarənin qəzaya uğradığı vaxtda bölgədə hər hansı türk qırıcısının olmadığını açıqlayıb.